Nazirlik rəsmisi: Həftə ərzində bir sıra ekoloji aksiyaların keçirilməsi planlaşdırılır
Bakı, 5 dekabr, AZƏRTAC
Həftə ərzində bir sıra ekoloji aksiyaların keçirilməsi planlaşdırılır. Xüsusilə Abşeronda ağacəkmə aksiyaları təşkil ediləcək, bu da regionun yaşıllaşdırılması istiqamətində mühüm addımlardan biri olacaq. Bununla yanaşı, “Təmiz Şəhər” təşəbbüsü çərçivəsində tullantıların incəsənətə çevrilərək yenidən istifadəsini təşviq edən tədbirlər keçiriləcək. Bu tədbirlər gənclərə kreativliklərini nümayiş etdirmək və ətraf mühitin qorunmasına töhfə vermək üçün xüsusi imkanlar yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Səyyarə Məmmədova “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” çərçivəsində keçirilən bugünkü mətbuat konfransında söyləyib.
S.Məmmədova bildirib ki, il ərzində təbiətin gözəlləşdirilməsi və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı işlər görülüb: “Həm dövlət, həm də cəmiyyət səviyyəsində həyata keçirilən tədbirlər Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə sadiqliyini bir daha sübut edir. Ekoloji aksiyalar yalnız təbiətin qorunmasına deyil, həm də vətəndaşların ekoloji maarifləndirilməsinə xidmət edir. Bu, gənc nəsil arasında ekoloji şüurun artırılması və ekoloji məsuliyyətin təşviqinə mühüm töhfə verir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]