NEFT KƏMƏRLƏRİ İLƏ 11,3 MİLYON TON MƏHSUL DAŞINMIŞDIR
2003-cü ildə Azərbaycanın magistral neft kəmərləri ilə 11,3 milyon ton neft və neft məhsulları nəql edilmişdir. Bu, 2002-ci illə müqayisədə 13,1 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a demişlər ki, hesabat dövründə magistral neft kəmərlərində yük dövriyyəsi 0,1 faiz artmışdır.