Neft və Qaz İnstitutunun yarımillik hesabatı dinlənilib
Bakı, 2 iyul, AZƏRTAC
AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının hibrid şəkildə iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verilib.
İclasda Neft və Qaz İnstitutunun şöbələrinin 2021-ci ilin I yarısında elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, kadr hazırlığı, əməkdaşların dərc edilmiş elmi əsərləri, elmi tədbirlərdə iştirakı və təltifləri haqqında məlumat öz əksini tapıb. Hesabatlar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.
İclasın sonunda institutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov magistr dissertasiyalarının müdafiəsinin nəticələri haqqında məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]