NEFTÇALADA İDMAN-SAĞLAMLIQ KOMPLEKSİ TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Neftçala şəhərində 24 hektara yaxın sahəsi olan “Axmaz” adlanan gölün ərazisində idman-sağlamlıq kompleksinin inşasına başlanmışdır. İlkin mərhələdə sututarın qalıq suyu nasoslarla çəkilərək kənara axıdılır, ərazi tullantılardan və yabanı bitkilərdən təmizlənir.
Keçmiş sovet dövründə göldə qayıqsürmə və üzgüçülük yarışları keçirilirdi. Baxımsız qalmış göldə indi müasir tələblərə uyğun idman-sağlamlıq bazasının yaradılması planlaşdırılır. Gölün ekoloji durumu yaxşılaşdırılacaq, sahildə yaşıllıqlar salınacaq, istirahət guşələri yaradılacaq, zəruri idman avadanlığı quraşdırılacaqdır.
İcraçı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyət kompleksi gələn il istifadəyə verməyi nəzərdə tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]