“Neftçi” klubu növbəti transferini reallaşdırıb
Bakı, 25 iyul, AZƏRTAC
Bakının “Neftçi” klubu növbəti transferini həyata keçirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, fransalı futbolçu Ervin Koffi ilə ikiillik müqavilə bağlanıb.
İyirmi səkkiz yaşlı sağ cinah müdafiəçisi komandanın heyətində 99 nömrəli formanı geyinəcək.
Ervin Koffi Fransanın “Şatoru” (2015-ci il), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Kiprin “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri - qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]