NEFTÇİLƏRİN HƏMKARLAR İTTİFAQLARI RESPUBLİKA KOMİTƏSİ ARDNŞ-LƏ İKİNCİ TARİF SAZİŞİ BAĞLAYACAQDIR
Gələn ilin yanvarında Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Dövlət Neft Şirkəti ilə ikinci tarif sazişi bağlayacaqdır.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu sazişə əsasən ilk dəfə olaraq müəssisələrin əmək haqqı fondunun maliyyə vəsatinin müəyyən faizi komitənin hesabına göçürüləcəkdir. Həmin vəsait neftçilərin sosial problemlərinin həllinə, asudə vaxtlarının daha səmərəli təşkilinə sərf olunacaqdır.
72 min nəfər üzvü olan komitəyə bu ilin 11 ayında daxil olan 117 ərizə və şikayətin əksəriyyəti müsbət həll olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]