NENSİ REYQAN ƏRİNİN DƏFNİNDƏ KLİNTONUN ÇIXIŞ ETMƏSİNƏ İMKAN VERMƏYƏCƏK
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, ABŞ-ın sabiq prezidenti Bill Klinton Ronald Reyqanın iyunun 11-də keçiriləcək dəfn mərasimində çıxış edəcək şəxslərin siyahısından çıxarılması xəbərindən çox məyus olmuşdur. Klinton ümid edirdi ki, mərasimin təşkilatçıları onun partiya mənsubiyyətinə məhəl qoymayacaqlar. Lakin nə o, nə də digər demokratlar mərasimdə çıxış etməyə dəvət olunmamışdır.
Sabiq prezidentə yaxın mənbələrin məlumatına görə, “Klinton, həqiqətən, ümidli idi ki, Niksonun dəfnindəki kimi, Reyqanın da dəfnində partiyalılıq nəzərə alınmayacaqdır. Amma nə ondan, nə də Cimmi Karterdən vida sözü deməyi xahiş etməmişlər”. Mənbənin fikrincə, Klintona etinasızlığın təşəbbüsçüsü şəxsən Reyqanın xanımı Nensidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]