Nepalda COVID-19 infeksiyasına gündəlik yoluxma sayı kəskin artıb
Pekin, 7 oktyabr, AZƏRTAC
Nepalda yeni növ koronavirusa (COVID-19) gündəlik yoluxma sayı kəskin artıb.
AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, gün ərzində 3439 yoluxma aşkarlanıb. Bu, əvvəlki sutka qeydə alınan rəqəmdən (1551) 2 dəfədən də çox, virus yayılmağa başlayandan bəri isə Nepalda sutkalıq ən yüksək göstəricidir. Ötən sutka ərzində 15 ölüm qeydə alınıb.
Nepalda indiyədək 94 min 253 yoluxma və 578 ölüm qeydə alınıb. Hazırda aktiv xəstələrin sayı 25 mindən çoxdur.
Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Təxminən 4 aylıq sərt karantin rejiminin iyulda yumşaldılmasından sonra sutkalıq yoluxma sayında artım müşahidə olunur. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]