Nərimanov rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb
Bakı, 4 fevral, AZƏRTAC
Nərimanov rayonunda oğurluqla məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 27-də rayon ərazisindəki evlərin birindən 70 min ABŞ dolları məbləğində pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ağayev rayon polis idarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar təhqiqat aparılır.