Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Bakı, 22 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən dördotaqlı mənzilin eyvanında baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 105 kvadratmetr olan mənzilin eyvanında soyuducu, kondisioner, qaz sobası və plastik pəncərə çərçivəsi yanıb, yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı deformasiya edib. Mənzilin otaqları yanğından mühafizə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:18]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]