Nicat Abasov: “Dünya Kubokundakı təcrübə qarşıdakı yarışlarda mənə kömək edəcək”
Bakı, 24 avqust, AZƏRTAC
“Artıq 25 gündür ki, intensiv iş rejimindəyik. Heç vaxt belə rejimdə mübarizə aparmamışam”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov yarışın rəsmi saytına açıqlamasında deyib.
Karyerasında ilk dəfə bu cür yarışda yarımfinaladək irəliləyən 28 yaşlı qrossmeyster yorğun olduğunu etiraf edib: “Son günlərdə güc tükənmişdi. Amma yarışa gələn şahmat həvəskarlarının dəstəyi yüksək motivasiyada mübarizə aparmağa kömək edirdi. Güc tükəndiyindən son görüşlərdə istədiyim oyunu göstərə bilmədim. Bununla belə, böyük təcrübə qazandım. İnanıram ki, bu təcrübə qarşıdakı yarışlarda layiqli nəticələr qazanmağa kömək edəcək”.
Azərbaycan şahmatçısı ona dəstək olan insanlara təşəkkür edib: “Daim dəstək olan azarkeşlərə, şahmat ictimaiyyətinə çox sağ ol deyirəm. İlk dəfə belə gözəl həyəcanı hiss etdim. Növbəti yarışlarda da hamını sevindirmək üçün mübarizə aparacağam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]