Niderlandda naməlum şəxs kafenin müştərilərini girov götürüb
Bakı, 30 mart, AZƏRTAC
Niderlandın Ede şəhərində naməlum şəxs kafelərdən birinin müştərilərini girov götürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “De Gelderlander” qəzeti məlumat yayıb. Polis məlumatı təsdiqləyib. “Şəhərin mərkəzindəki binalardan birində bir neçə nəfər girov götürülüb. Hadisə yerində xüsusi xidmət qrupları işləyir", - polis idarəsinin sosial şəbəkədə yaydığı məlumatda belə deyilir.
Ətrafdakı 150-yə yaxın evin sakini təxliyə olunub. Polis insanların şəhər mərkəzindən uzaq durmasını xahiş edir.
Məlumata görə, hadisənin terror aktı olmasına dair hələlik heç bir əlamət müşahidə edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]