Niderlanddan olan “Eurovision” iştirakçısının işi üzrə istintaqa xitam verilib
Stokholm, 13 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
“Eurovision 2024” mahnı müsabiqəsinin niderlandlı iştirakçısı Yosta Klyaynin işi üzrə ibtidai istintaqa sübut olmadığı üçün xitam verilib.
AZƏRTAC xəbər verir ki, həm İsveçdə, həm də Niderlandda şahidlərlə çoxlu sayda dindirmələr aparılıb. Niderlanddakı dinləmələr Yosta Klyayn və vəkilinin xahişi ilə aparılıb.
Baş prokuror Fredrik Yonssonun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, şübhəli şəxsin iddiaçıya yönəlmiş hərəkətləri və onun kamerasına zərbə vurması qorxutmaq üçün deyil, çəkilişin qarşısını almaq üçün edilib. Fredrik Yonsson dəlil çatışmazlığı səbəbindən hökmün gözlənilmədiyini vurğulayıb. Hadisə videomüşahidə kameralarına da çəkilməyib.
Qeyd edək ki, “Eurovision-2024”ün finalından bir neçə saat öncə Malmödə niderlandlı artist Yosta Klyayn qadın operatora qarşı qeyri-qanuni təhdidlər etdiyi üçün polisə şikayət edildikdən sonra diskvalifikasiya edilərək iştirakdan məhrum edilib.
Niderlandlı “Avrotros” teleradioyayım şirkəti, Avropa Yayım İttifaqının (European Broadcasting Union / EBU) sənətçini diskvalifikasiya etmək qərarını tənqid edərək, bunun çox sərt bir tədbir olduğunu bildirib və bəyanatında onların nümayəndələri ilə görüş tələb edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]