Nigar Arpadarai: COP29-da könüllülərin fəaliyyəti bütün qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb
Bakı, 18 dekabr, AZƏRTAC
COP29 çox böyük bir prosesdir və Azərbaycana belə bir sədrliyin həvalə olunması əslində bütün dünyanın ölkəmizə yekdil etimadı deməkdir. Mən çox fəxrlə qeyd eləmək istərdim ki, bizim könüllülərin COP29 prosesində iştirakı bütün qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Bu, Azərbaycanın müsbət imici demək idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə COP29 nəticələri üzrə Bakıda keçirilən "Yaşıl gələcəyə könül ver" adlı tədbirdə Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai deyib. O bildirib ki, illərdir böyük tədbirlər keçirən Azərbaycanda könüllülük artıq bir ənənə halına alıb.
“Biz ildən-ilə könüllülərimizin ictimai fəaliyyətə daha çox cəlb edildiyini görürük. Onlar hər il bu istiqamətdə daha da peşəkarlıq əldə edirlər. Belə bir peşəkarlığa, fəallığa görə əksər qurumlarda, həmçinin şirkətlərdə çoxşaxəli və səmərəli könüllü fəaliyyətinin şahidi ola bilərik”,- deputat əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:43]
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]
Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
- 11.06.2026 [16:52]
Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB
- 11.06.2026 [16:16]
Heyvanların identifikasiyası nə üçün vacibdir?
- 11.06.2026 [16:05]