Nigerdə hərbçilər prezidenti vəzifədən kənarlaşdırıb və sərhədləri bağlayıblar
Bakı, 27 iyul, AZƏRTAC
Niger Respublikasında hərbçilər prezident Mohamed Bazumu vəzifədən kənarlaşdırıb və ölkənin sərhədlərini bağlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi hərbçilərin milli televiziyada səsləndirdiyi bəyanata istinadla məlumat yayıb. “Ölkənin sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, - deyə bəyanatda bildirilib. Qiyamçılar, həmçinin ölkədəki bütün qurumların fəaliyyətini dayandırdığını elan ediblər.
Al Hadath telekanalının məlumatına görə, hərbçilər hökumət nümayəndələrinin fiziki toxunulmazlığına zəmanət verən bəyanat da yayaraq əlavə ediblər ki, “təhlükəsizlik, iqtisadi və sosial vəziyyətin pisləşməsi səbəbindən bu sistemə son qoymaq” qərarına gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]