Nikolas Kanales yenidən “Neftçi” klubunun formasını geyəcək
Bakı, 12 fevral, AZƏRTAC
Çili millisinin sabiq hücumçusu Nikolas Kanales karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı forvard ölkəmizə üçüncü dəfə “Neftçi”nin formasını geyinmək üçün dönüb. Xəbər paytaxt klubunun mətbuat xidməti tərəfindən də təsdiqini tapıb. Bildirilib ki, Kanaleslə artıq ilkin razılıq əldə olunub və hazırda Bakıda olan hücumçu ilə bu gün rəsmi müqavilə imzalanacaq.
Məlumata görə, Kanalesin keçidi komandaya sərfəli şərtlərlə baş tutub. Əvvəllər də “Neftçi”də oynadığından, rəhbərlik onun kollektivdə uyğunlaşma problemi yaşamayacağına inanır. Rusiyanın “Krılya Sovetov” komandasından ayrıldıqdan sonra işsiz qalan çilili futbolçu klubla hələlik altı aylıq müqavilə imzalayacağını bildirib.
Qeyd edək ki, Nikolas Kanales 2012/2013 və 2014/2015-ci il mövsümlərində “Neftçi”nin formasını geyinib. O, ilk mövsümündə 26 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]