NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNDƏ APARILAN YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞLIQ
Gəncə, 25 may (AZƏRTAC). Mayın 25-də Prezident İlham Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin qədim Gəncənin mərkəzindəki abidəsində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 1949-cu il aprelin 30-da tuncdan qoyulmuş bu möhtəşəm abidənin Daşkəsən mərmərindən hazırlanmış postamenti artıq köhnəlmişdir. Hazırda postamentin mərmər örtüyü yenisi ilə əvəzlənir, abidənin ətrafında abadlıq işləri aparılır, müasir işıqlandırma sistemi quraşdırılır, yeni oturacaqlar qoyulur.
Bu ay başlanmış yenidənqurma işlərinin iyunun 15-də - Milli Qurtuluş günündə başa çatdırılması nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısı Gəncədə aparılan abadlıq və quruculuq işləri ilə bağlı əlavə tapşırıq və tövsiyələrini verdi.
######
