NORVEÇ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞLN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Vilayət Quliyev Norveç ilə Azərbaycan arasında münasibətlərin, həmçinin enerji, humanitar və neft sahələrində əlaqələrin genişlənməsini yüksək qiymətləndirmiş, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu söyləmişdir.
Səfir Steynar Gil iki ölkə arasında mövcud münasibətlərin, işgüzar əlaqələrin və əməkdaşlığın bundan sonra da geniş vüsət alacağına ümid etdiyini bildirmişdir. Diplomat öz ölkəsi ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə Norveçin böyük əhəmiyyət verdiyini, beynəlxalq təşkilatlar çərçivəsində daha sıx əməkdaşlığın davam etdirilməsinin zəruriliyni vurğulamışdır.
Sonra səfir Steynar Gil Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda 160 nəfər məhbusun azadlığa buraxılması ilə əlaqədar imzaladığı əfv fərmanını yüksək qiymətləndirmiş və bu humanist addımın bundan sonra da davam etdiriləcəyinə, eyni zamanda, 15-16 oktyabr iğtişaşlarında iştiraka görə həbs olunanların ədalətli mühakimə olunacağına ümid etdiyini diqqətə çatdırmışdır.
Görüşdə ötən il oktyabrın 15-də Azərbaycanda azad və demokratik şəraitdə keçirilmiş prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılmış və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.