NORVEÇ HÖKUMƏTİ İCTİMAİ YERLƏRDƏ SİQARET ÇƏKMƏYƏ QADAĞA QOYMUŞDUR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Norveç ictimai yerlərdə siqaret çəkməyi tamamilə qadağan edən ikinci ölkə olacaqdır. İyunun 1-dən hətta bar və restoranlarda da siqaret çəkməyə qadağa qoyulacaqdır. Beləliklə, Norveç tütün əleyhinə hərəkatın öndəri olan İrlandiyaya qoşulmuşdur. Xatırladaq ki, İrlandiya belə tədbirləri martın 29-dan həyata keçirməyə başlamışdır. Norveçin səhiyyə naziri Daqfinn Heybrotten demişdir: “Bu addım millətimizin sağlamlığının müdafiəsi sahəsində siyasətimizin ən vacib dönüş nöqtəsidir”
Ölkədə bu məqsədlə keçirilmiş ictimai rəy sorğusu göstərmişdir ki, norveçlilərin böyük əksəriyyəti həmin qadağanı dəstəkləyir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Norveçdə yaşlı əhalinin təxminən 26 faizi siqaret çəkir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]