NORVEÇİN KRALI ƏLAHƏZRƏT V HARALDA
Əlahəzrət,
Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün Norveç xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 may 2009-cu il.