“Novruz mühazirələri”nə başlanılır
Bakı, 28 fevral, AZƏRTAC
Martın 5-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılacaq.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Qazax Müəllimlər Seminariyasının və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinə həsr olunan builki mühazirələrin Lənkəran, Bakı və Qazaxda keçirilməsi planlaşdırılır.
“Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk mühazirə Lənkəran Dövlət Universitetində təşkil olunacaq. Professor Anar İsgəndərov Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafında rolu, onun mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında dayanan prioritetlər barədə çıxış edəcək.
Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə Milli Məclisin deputatları, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]