Noyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 6°-9°, gündüz 11°-13° isti olacaqdır.
Bakıda gecə 7°-9°, gündüz 11°-13° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz , gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2°-7°, gündüz 11°-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında
bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperaturun gecə gecə 1 °şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 6°-10°, gündüz 10° -14° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 2°-7°, gündüz 8°-13° isti, dağlarda gecə 1° şaxtadan 2°-dək ,gündüz 3°-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə duman, çiskin olacaqdır. Ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6°-10°, gündüz 10°-15° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 8°-10°, gündüz 11°-16°, dağlarda gecə 1°-5° isti, gündüz 5°-9° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 23-də Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Noyabrın 24-25-də atmosfer təzyiqinin xeyli enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.