Noyabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlk təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 5°-9°, gündüz 9°-13° isti olacaqdır.
Bakıda gecə 6°-8°, gündüz 10°-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə duman, çiskin, axşamdan başlayaraq yağıntılı olacağı ehtimalı vardır.
Temperaturun gecə 2°-7°, gündüz 7°-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə gecə 3 ° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə duman, çiskin, axşamdan başlayaraq yağıntılı olacağı ehtimalı vardır.
Temperaturun gecə 2°-7°, gündüz 8° -13° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 1-5°, gündüz 6-11° isti, dağlarda gecə 3° şaxtadan 1°-dək isti, gündüz 2°-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə duman, çiskin olacağı, axşamdan başlayaraq yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-9°, gündüz 9°-12°, dağlarda gecə 0-3, gündüz 3-8° isti olacağı gözlənilir.