Noyabrın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-8°, gündüz 8-12° isti olacaqdır.
Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 90-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, gecə dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir.
Temperaturun gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
arabir yağış yağacağı, gecə sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4 °şaxtadan 1°-dək isti, gündüz 2 -6° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-6°, gündüz 7 -11° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı, gecə dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir.
Temperaturun gecə 1-5°, gündüz 6-10° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək, gündüz 1-4° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı, gecə dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-9°, gündüz 9-13°, dağlarda gecə 1-4, gündüz 4-7° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 27-28-də Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi, mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.