Noyabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 6-9°, gündüz 9-14° isti olacaqdır.
Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-50 isti, bəzi yerlərdə 2° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir . Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə gecə 4 ° şaxtadan 1°-dək isti, gündüz 3 -8° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 10 -15° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 2-7°, gündüz 9-14° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 3-7°, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 7-9°, gündüz 10-15°, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.