Nursultan Nazarbayevin ailə üzvləri mülkiyyət toxunulmazlığı hüququnu itirir
Bakı, 13 yanvar, AZƏRTAC
Qazaxıstan parlamenti cümə günü “Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası haqqında” qanunun qüvvədən düşməsi barədə qərar qəbul etdikdən sonra Nursultan Nazarbayevin ailə üzvləri əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itirəcək.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev bildirib. Onun sözlərinə görə, “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanuna uyğun olaraq Nursultan Nazarbayevin şəxsi toxunulmazlığı, o cümlədən sosial təminatı, müdafiəsi, nəqliyyat xidmətləri və xidməti mənzillə təminatı normaları qüvvədə qalacaq.
Xatırladaq ki, ölkə parlamenti yanvarın 13-də hər iki palatanın birgə iclasında “Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası haqqında” qanunu qüvvədən düşmüş hesab edib. Bundan sonra qanun layihəsi imzalanması üçün Qazaxıstan Prezidentinə göndəriləcək.
“Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası haqqında” qanun Nursultan Nazarbayevin və onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyirdi. Qanun sabiq prezidentin xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququ verirdi. Bundan sonra isə onun səlahiyyətləri prezident haqqında qanunla tənzimlənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]