“Nvidia” Böyük Britaniyada ən güclü superkompüter təqdim edəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
2020-ci ildə "Nvidia" şirkəti Böyük Britaniyada istifadə olunacaq ən güclü superkompüter hazırlayacaq. Belə hesablama gücü ilk dəfə səhiyyə sahəsində tədqiqatlar üçün əlçatan olacaq.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, ABŞ-ın "Nvidia" şirkəti 52 milyon dollar məbləğində superkompüter hazırlamaq planını açıqlayıb.
"Kembric-1" superkompüteri səhiyyədə süni intellekt sahəsində tədqiqatların aparılması üçün nəzərdə tutulacaq. Jurnalistlər bildiriblər ki, sözügedən superkompüterin konsepsiyasını "GTC 2020" konfransında "Nvidia" şirkətinin təsisçisi və əsas icraçı direktoru Censen Huanq təqdim edəcək.
İlin sonunadək "Cambridge-1" superkompüterinin 400 petaflopsdan çox məhsuldarlığı təmin edəcək "NVIDIA DGX SuperPOD" sistemindən ibarət olacağı gözlənilir. Bu, ona dünyada ən güclü superkompüterlərin reytinqində (TOP-500) 29-cu yeri tutmağa imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]