Ödəmə terminalından 2 min 176 manat oğurlanıb
Bakı, 29 iyul, AZƏRTAC
Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Eyyub Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun Pirşağı qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 2176 manat pul oğurlaması müəyyən olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]