REGİONLAR
Oğuz məktəblisi beynəlxalq olimpiadada uğur qazanıb
Oğuz, 9 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin 5-ci sinif şagirdi Bəhlul Həsrətzadə Asiya Beynəlxalq Riyaziyyat Olimpiadasında (AİMO) gümüş medala layiq görülüb və beynəlxalq dərəcəli sertifikatla təltif olunub. Oğuz məktəblisi, eyni zamanda, olimpiadanın Malayziyada keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, AİMO çətinlik dərəcəsinə görə fərqlənən olimpiadalardandır. Suallar test şəklində deyil, açıq formada tərtib olunur və cavablar Çində yoxlanılaraq nəticələr elan edilib.