Oğuz meşəbəyliyinin Xaçmaz bölməsinin 3-cü dolayında baş vermiş yanğın söndürülüb
Bakı, 4 avqust (AZƏRTAC). Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin Xaçmaz bölməsinin 3-cü dolayının yüksək dağlıq ərazisində ildırım vurması nəticəsində baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının köməyi ilə avqustun 4-də səhər saat 11 radələrində söndürülüb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində ərazidəki quru ot və kol örtüyünə ziyan dəyib.
Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında da yanğın hadisəsi baş verib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]