Oğuz və Qəbələdə baş vermiş yanğınların qarşısı alınıb
Bakı, 5 avqust (AZƏRTAC). Avqustun 3-də Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci və Milli Parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolaylarında baş vermiş yanğınlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçiblər.
Hadisə yerinə cəlb olunmuş nazirliyin 300-dən artıq əməkdaşı Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli qurumlarının əməkdaşları ilə birgə bütün istiqamətdə yanğınların artıq lokallaşdırılmasına nail olublar.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğınlar yüksək dağlıq əraziləri əhatə etdiyindən və küləklə müşayiət olunduğundan tam olaraq söndürülməsində çətinliklər yaranmışdı. İlkin hesablamalara görə, yanğın Oğuzda 6 hektar, Qəbələdə isə 7 hektar ərazini əhatə edib.
Hazırda yanğınların tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]