Oğuzda şəhid polisin ailəsi ziyarət olunub
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Polisi Günü münasibətilə Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları birinci Qarabağ müharibəsində şəhid olan Arzu Əliyevin ailəsini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ziyarət zamanı şəhidimizin şücaəti və mərdliyi xatırlanıb, A.Əliyev kimi qəhrəman oğullarımızın heç vaxt unudulmayacağı və daim yaddaşlarda yaşayacağı vurğulanıb.
Arzu Əliyev 1963-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 1980-ci ildə həmin kəndin orta məktəbini bitirib, Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Əvvəlcə Sumqayıtda, sonra Şəkidə xidmət edib. 1990-cı ilin dekabrında Şəki daxili işlər şöbəsinin bir qrup əməkdaşı ilə birlikdə düşmən hücumunun qarşısının alınması məqsədilə döyüşlərə qatılıb. Torpaqlarımızın müdafiəsi uğrunda igidlik nümayiş etdirən A.Əliyev qəhrəmancasına şəhid olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]