Oktyabrda “Bakı Fintex Forumu 2025” keçiriləcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Oktyabrın 9-da “Bakı Fintex Forumu 2025” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, forum “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunur.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək.Yerli və beynəlxalq ekspertlər fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparacaq. Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar. Forum çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]