Oktyabrın 5-dən Moskvada 2 milyon adam məsafədən iş rejiminə keçəcək
Moskva, 2 oktyabr, AZƏRTAC
Moskva hökuməti paytaxtın idarə və təşkilatlarının əməkdaşlarının yarısını məsafədən iş rejiminə keçirməyi tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva merinin müavini Vladimir Yefimov məlumat verib. Bundan əvvəl mer işçilərin 30 faizini məsafədən iş rejiminə keçirməyi təklif etmişdi. Oktyabrın 5-dən paytaxtda 2 milyona yaxın əməkdaş məsafədən işləməyə başlayacaq.
Eyni zamanda, Moskva məktəbləri də payız tətilinə çıxırlar. Tətilin müddəti hələlik oktyabrın 5-dən 18-dək müəyyən edilib.
Ötən gün Moskvada 2424 koronavirus xəstəsi aşkar olunub, 24 xəstə vəfat edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]