Olimpiya Oyunlarında Ukraynaya gümüş medal qazandıran azərbaycanlı güləşçiyə mənzil hədiyyə edilib
Kiyev, 2 sentyabr, AZƏRTAC
“Tokio-2020” Olimpiya Oyunlarında Ukraynaya gümüş medal qazandıran azərbaycanlı güləşçi Pərviz Nəsibova mənzil hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də Zaporojye Vilayət Dövlət Administrasiyası tərəfindən hədiyyə edilən mənzilin açarları Pərviz Nəsibova təqdim edilib.
Tədbirdə çıxış edən soydaşımız göstərdikləri diqqətə görə administrasiya rəhbərliyinə təşəkkürünü bildirib.
Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Starux isə Pərviz Nəsibovun ugurlu idmançı karyerasından danışaraq bildirib ki, onun uğurları hələ qarşıdadır.
Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunda doğulub, 6 yaşına kimi orada yaşayıb. Sonra ailəsi ilə birgə Ukraynaya köçüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev