ÖLÜMLƏ NƏTİCƏLƏNƏN YOL-NƏQLİYYATQƏZASI BAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ələt-Yevlax yolunun Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Sumqayıt şəhər sakini Hüseyn Babayevə məxsus “Hyundai Sonata” markalı və Qəbələ rayon sakini Bəhruz Quliyevin idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə birinci nəqliyyat vasitəsində olan sərnişin Gülarə Abdullayeva xəstəxanaya aparılarkən yolda ölmüş, Şəfa Süleymanova və qardaşı Səxavət isə xəstəxanaya yerləşdirilmişlər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı cinayət işi açılmışdır və araşdırma aparılır.