Oman beynəlxalq maliyyə mərkəzi yaratmağı planlaşdırır
Qahirə, 7 yanvar, AZƏRTAC
Oman Sultanlığı qanunvericilik, inzibati və tənzimləyici müstəqilliyə malik olan beynəlxalq maliyyə mərkəzi yaratmaq niyyətindədir. Qurum qlobal standartlara cavab verəcək yeni maliyyə və məhkəmə sisteminə əsaslanacaq.
AZƏRTAC Oman Xəbər Agentliyinə istinadla bildirir ki, Oman Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması barədə qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında təsdiq edilib.
Mərkəz investisiyalar, kommersiya bankları, İslam bankçılığı, maliyyə və sığorta xidmətləri və digər dəstəkləyici fəaliyyətlər üzrə ixtisaslaşmış beynəlxalq maliyyə qurumları üçün cəlbedici bir mühit yaratmaq, eləcə də bilik mübadiləsini asanlaşdırmaq və maliyyə sektorunda daha yüksəkkeyfiyyətli iş yerləri təmin etmək məqsədi daşıyır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]