OMBUDSMAN POLİS ƏMƏKDAŞLARI ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova insan hüquqları üzrə müvəkkilin fəaliyyətinin hüquqi əsasları və səlahiyyətləri barədə danışmış, təsisata polis sistemində yol verilmiş hüquq pozuntuları barədə ərizə və şikayətlərin daxil olduğunu, Daxili İşlər Nazirliyinə və onun yerli orqanlarına bu şikayətlərlə bağlı sorğular və müraciətlər göndərildiyini, nəticədə hüquq pozuntularına yol vermiş polis əməkdaşlarının cəzalandırıldığını, polis orqanlarına müvafiq tapşırıqlar və tövsiyələr verildiyini söyləmişdir.
Seminarda təcridxanalarda saxlanılma şəraiti və saxlanılanların hüquqlarının qorunmasının vəziyyəti, işgəncələrin və qeyri-qanuni rəftarın qarşısının alınması, qanunu pozan şəxslərin saxlanılması və mühafizəsinin hüquqi-normativ əsasları və qaydaları barədə ətraflı məlumat verilmiş, bu məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Seminar iştirakçıları insan hüquqlarının təmin edilməsi sahəsində əməkdaşlığa yönəldilmiş tədbirin əhəmiyyətini qeyd etmiş, problemlərdən danışmış və təkliflər irəli sürmüşlər.