OMBUDSMAN QAK-IN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil qonağa ölkəmizdə əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və təmin olunması sahəsində həyata keçirilən proqramlar barədə ətraflı məlumat vermişdir.
E.Süleymanova ölkəmizdə məcburi köçkünlər üçün yeni qəsəbələr salındığını qeyd etmiş, bununla yanaşı, beynəlxalq donor təşkilatlarının azərbaycanlı qaçqınlara yardımları azaltmasının yolverilməzliyini vurğulamışdır. O, bəzi məcburi köçkünlərin sıx məskunlaşdıqları yerlərdə hələ də ağır şəraitdə yaşadığını nəzərə çatdırmışdır.
Ombudsman qaçqın əlillərin, ahılların və tənha qocaların sayını dəqiqləşdirmək, problemləri həll etmək üçün onların məskunlaşdığı yerlərə birgə səfər etməyi, görüşlər keçirməyi vacib saymışdır.
J.K.Konkolato Azərbaycanda son illərdə baş verən demokratik dəyişiklikləri, Ombudsman İnstitutunun yaradılmasını demokratiyanın inkişafının mühüm təzahürlərindən biri kimi dəyərləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]