OMBUDSMAN SVERDLOVSK VİLAYƏTİNİN İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkilinin ötən ilin noyabrında Bakıda keçirilmiş ombudsmanların II beynəlxalq dəyirmi masasında iştirakını, tədbirin digər iştirakçıları ilə birgə ölkəmizin Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırlatmışdır.
Müvəkkil ötən ilin dekabrında təsisatın əməkdaşlarının Yekaterinburqa səfəri zamanı Azərbaycan Respublikası və Sverdlovsk vilayətinin ombudsmanları arasında insan hüquqlarının təmin edilməsi sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş imzalandığını və bu istiqamətdə bir sıra işlər görüldüyünü qeyd etmişdir.
Qonaq rəhbərlik etdiyi təsisatda insan hüquqlarının həyata keçirilməsi sahəsində əldə olunmuş nəticələr barədə danışmışdır. Vilayətdə 40 minədək azərbaycanlının yaşadığı, soydaşlarımızı birləşdirən “Azərbaycan” cəmiyyətinin diasporumuzun formalaşmasında mühüm rol oynadığı, bu cəmiyyətin insan hüquqları üzrə müvəkkillə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]