OPERA VƏ BALET TEATRI YENİ MÖVSÜMÜNÜ “ARŞIN MAL ALAN”LA AÇMIŞDIR
Hər il olduğu kimi, bu dəfə də yeni mövsüm dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum gününə həsr olunmuşdur. Yeni mövsümü teatr görkəmli bəstəkarın “Arşın mal alan” musiqili komediyası ilə açmışdır. Tamaşada xalq artistləri Azər Zeynalov (Əsgər), Şahlar Quliyev (Süleyman), Yaşar Nuri (Soltan bəy), əməkdar artistlər Gülüstan Əliyeva (Xala), Gülnaz İsmayılova (Gülçöhrə), Fidan Hacıyeva (Asya) və başqaları çıxış etmişlər.
Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri tamaşada olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]