Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 25 santimetrə çatıb VİDEO
Naxçıvan, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-ü saat 10:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçay Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 santimetr qeydə alınıb.