Orenburq meri daşqın rayonlarının sakinlərindən təxliyə olunmağı tələb edib
Moskva, 6 aprel, AZƏRTAC
Orenburq meri Sergey Salmin şəhərin su basmış bölgələrinin sakinlərindən təxliyə olunmağı tələb edib və təhlükəli zonanı könüllü tərk etməkdən imtina edənlərin ərazidən zorla çıxarılacağını bildirib.
AZƏRTAC xəbər verir ki, mer bu barədə teleqram kanalında yazıb.
Onun sözlərinə görə, indi bəndin qırıldığı Ural çayında suyun səviyyəsi 855 santimetrdir və o, artmaqda davam edəcək. Fəlakət bölgəsində elektrik və qaz təchizatı kəsilib.
Xatırladaq ki, Ural çayı üzərindəki bənd aprelin 5-də qırılıb. Hazırda Orskda 2400-dən çox yaşayış binası, 3065 evətrafı ərazi su altında qalıb. 711 nəfər təxliyə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]