ORTA ASİYA-MƏRKƏZ QAZ KƏMƏRİNDƏ PARTLAYIŞ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Orta Asiya-Mərkəz magistral qaz kəmərinin Qərbi Qazaxıstanın Qara-Oba qəsəbəsi yaxınlığından keçən hissəsində partlayış baş vermişdir.
Qazaxıstan Fövqəladə hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, qəza nəticəsində 3 nəfər həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli xəsarət almışdır. Hadisə yerinə qəza-xilasetmə dəstəsi göndərilmişdir.
Fövqəladə Hallar Nazirliyi qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaratmışdır.