Orta Dəhlizlə Qazaxıstan ərazisindən daşımaların həcmi təqribən 2,8 milyon ton olub
Astana, 14 noyabr, AZƏRTAC
Keçən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Qazaxıstan ərazisindən daşınan yüklərin həcmi təxminən 2,8 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 35% artım deməkdir.
AZƏRTAC Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, nazir Arman Şakkaliyev bunu Daşkənddə keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycanın Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında açıqlayıb.
O bildirib ki, Qazaxıstan tərəfi tarif siyasətinin koordinasiyasını gücləndirmək, logistika proseslərinin rəqəmsallaşdırılmasını sürətləndirmək, infrastrukturu modernləşdirmək, həmçinin biznes xərclərini azaltmaq və dəhliz tutumunu artırmaq üçün “kağızsız ticarət” mexanizmlərinin tətbiqini təklif edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]