Orta Dəhlizlə yükdaşımaların həcmi 62 faiz artıb
Astana, 27 iyun, AZƏRTAC
2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 62 faiz artaraq 4,5 milyon tona çatıb.
AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tranzit axını xüsusilə nəzərəçarpacaq artım nümayiş etdirib: ümumi tranzit həcmi 4 dəfə, Çindən tranzit isə 28 dəfə artıb.
Bundan əlavə, bildirilir ki, nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində 2024-cü ildə Almatı, Qızılorda və Şımkənd hava limanlarında üç yeni terminal istifadəyə verilib.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]