Ötən ay fiziki şəxslərin müddətli əmanətləri 1,2 faiz artıb
Bakı, 29 avqust, AZƏRTAC
Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1,2 faiz və ya 111,8 milyon manat artıb, tələbli əmanətləri isə 1 faiz və ya 58,7 milyon manat azalıb (fiziki şəxslərin cəmi əmanətləri son 1 ayda 0,4 faiz artıb).
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 67, 2 faizi (10 milyard 159,1 milyon manat) milli valyutada, 32,8 faizi (4 milyard 954,8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63 faizi (9 milyard 519,9 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Bu ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3,3 faiz (5,529 əmanətçi), ilin əvvəlindən 15,4 faiz (23,183 əmanətçi) artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 141,1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,9 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]