Ötən gün ölkədə xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 24 fevral, AZƏRTAC
Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. R. Tağıyev bildirib ki, nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib: “Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görməyə davam edəcək. Sürücülərə və piyadalara bir daha diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edirik. Unutmayaq ki, yol hərəkətinin təhlükəsizliyi hər birimizin məsuliyyətidir!”, - deyə şöbəsi rəisi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]