ÖTƏN İL BALAKƏNDƏ 60 FƏRDİ YAŞAYIŞ EVİ TİKİLMİŞDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son illər ölkədə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində əhalinin real pul gəlirlərinin sürətlə artması onların maddi rifahının daha da yaxşılaşmasına və sosial problemlərinin həllinə müsbət təsir göstərir.
2003-cü il, ümumiyyətlə, Balakən rayonunun iqtisadi həyatında mühüm dönüş ili olmuşdur. Bütün maliyyə mənbələri hesabına aparılan tikinti, təmir və abadlıq işlərinin ümumi dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq, 5,06 milyard manata çatmışdır.