CƏMİYYƏT
Ötən il Bərdədə 92 hektar sahədə yeni meşələr salınmışdır
Bərdə, 29 yanvar (AZƏRTAC). Bərdə rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Bərdə Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ildə 92 hektar sahədə akasiya, iydə, palıd, şam və sərv cinslərindən ibarət yeni meşələr salınmış, 565 hektar meşə sahəsinə mexaniki xidmət göstərilmiş, 4 min hektarda suvarma işləri aparılmışdır. Kökləndirmək üçün 0,5 hektar sahədə müxtəlif cinslərdən 27 min ədəd qələm basdırılmış, 1,5 hektar sahədə böyütmə sahəsi (52,5 min ədəd) yaradılmışdır. Daha 5,47 hektar sahədə tinglik səpilmiş, 1657 kiloqram toxum tədarük edilmişdir.
Yeni meşələrin salınması cari ildə də davam etdiriləcəkdir.